Quran translations in many languages

Azərbaycanlı Quran

ʽAbasa

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[80:1]

(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.

[80:2]

Yanına korun (Abdullah ibn Ummi-Məktumun) gəlməsindən dolayı.

[80:3]

Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!

[80:4]

Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!

[80:5]

(Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,

[80:6]

Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).

[80:7]

Onun (küfrdən) təmizlənməsindən sənə nə?!

[80:8]

Yüyürə-yüyürə sənin yanına gələn

[80:9]

Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,

[80:10]

Sən ondan üz çevirirsən!

[80:11]

Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.

[80:12]

Kim istəsə, ondan öyüd alar.

[80:13]

(Bu Qur’an Allah dərgahında) çox möhtərəm (mö’təbər) səhifələrdə –

[80:14]

(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).

[80:15]

(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə(lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir).

[80:16]

(O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt’idirlər.

[80:17]

?lsün (kafir) insan! O nə nankordur!

[80:18]

(Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?

[80:19]

(Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.

[80:20]

Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.

[80:21]

Sonra onu öldürüb qəbrə qoydu.

[80:22]

Sonra da istədiyi vaxt onu dirildəcəkdir.

[80:23]

Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinəyetirməmişdir.

[80:24]

İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).

[80:25]

Həqiqətən, Biz yağışı bol yağdırdıq.

[80:26]

Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),

[80:27]

Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;

[80:28]

Uzüm və yonca;

[80:29]

Zeytun və xurma (bağları);

[80:30]

(Ağacları bir-birinə) sarmaşan bağçalar;

[80:31]

(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.

[80:32]

(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!

[80:33]

Nəhayət, qulaqları kar edən (o dəətli səs) gələndə (İsrafil surunu çalanda);

[80:34]

O gün insan qaçacaq öz qardaşından;

[80:35]

Anasından, atasından;

[80:36]

Zövcəsindən və oğullarından!

[80:37]

O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).

[80:38]

O gün bir çox üzlər parlayacaq,

[80:39]

Güləcək, sevinəcəkdir.

[80:40]

O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,

[80:41]

Onları zülmət (yaxud his) bürüyəcəkdir.

[80:42]

Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!