Quran translations in many languages

Azərbaycanlı Quran

Ad-Dhuhâ

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[93:1]

And olsun səhərə;

[93:2]

And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,

[93:3]

(Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.

[93:4]

Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!

[93:5]

Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne’mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!

[93:6]

Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!

[93:7]

Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!

[93:8]

Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!

[93:9]

Elə isə yetimə zülm etmə!

[93:10]

Dilənçini də (qapıdan) qovma!

[93:11]

Və (həmişə) Rəbbinin sənə olan ne’mətindən söhbət aç!