Quran translations in many languages

Azərbaycanlı Quran

Al-ʽAdiyât

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[100:1]

And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;

[100:2]

And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;

[100:3]

And olsun sübh çağı hücum edən atlara;

[100:4]

And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;

[100:5]

Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,

[100:6]

İnsan öz Rəbbinə qarşı çox nankordur.

[100:7]

Və o özü də buna şahiddir.

[100:8]

Həqiqətən, insan var-dövlətə çox hərisdir!

[100:9]

Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;

[100:10]

Urəklərdə olanlar faş ediləcəyi zaman

[100:11]

Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!