
Azərbaycanlı Quran
Al-ʽAlaq
Mərhəmətli, rəhmli Allahın adı ilə!
[96:1]
(Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
[96:2]
O, insanı laxtalanmış qandan yaratdı.
[96:3]
(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
[96:4]
O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
[96:5]
(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
[96:6]
Xeyr, insan azğınlıq edər,
[96:7]
?zünün dövlətli olduğunu gördüyü üçün!
[96:8]
Axı sənin axır dönüşün Rəbbinədir!
[96:9]
Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
[96:10]
Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
[96:11]
Bir de görək, əgər o doğru yoldadırsa,
[96:12]
Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!
[96:13]
(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə,
[96:14]
Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
[96:15]
Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik –
[96:16]
?zü də yalançı, günahkar kəkilindən!
[96:17]
Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!
[96:18]
Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
[96:19]
Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!