Quran translations in many languages

Azərbaycanlı Quran

Al-Falaq

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[113:1]

(Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!

[113:2]

Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;

[113:3]

Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;

[113:4]

(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;

[113:5]

Və bir də paxıllığı tutanda paxılın şərindən!