Quran translations in many languages

Azərbaycanlı Quran

Al-Fîl

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[105:1]

(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə‘bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!

[105:2]

Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!

[105:3]

Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.

[105:4]

(O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.

[105:5]

(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!