Quran translations in many languages

Azərbaycanlı Quran

Al-Hâqqah

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[69:1]

Haqq olan qiyamət!

[69:2]

Nədir qiyamət?!

[69:3]

Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nəolduğunu sənə nə öyrətdi?)

[69:4]

Səmud da, Ad da (ürəkləri dəətə salan) o qiyaməti yalan saymışdılar!

[69:5]

Səmud (qövmü) hədsiz dərəcədə dəətli (tükürpədici) səsləhəlak edildi.

[69:6]

Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.

[69:7]

Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.

[69:8]

İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!

[69:9]

Fir’on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö’təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.

[69:10]

Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.

[69:11]

Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.

[69:12]

Ona görə ki, bunu (mö’minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!

[69:13]

Sur bircə dəfə üfürüləcəyi;

[69:14]

Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman –

[69:15]

Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!

[69:16]

Və (göy) süst düşüb parçalanacaqdır!

[69:17]

Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!

[69:18]

O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna)gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!

[69:19]

Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun!

[69:20]

Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə(möhkəm) inanmışdım!”

[69:21]

Bundan belə o, xoş güzəran içində,

[69:22]

Yüksək bir Cənətdə olacaqdır.

[69:23]

(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö’minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyəbiləcəklər).

[69:24]

(Onlara belə deyiləcəkdir: ) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!

[69:25]

Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi!

[69:26]

Hesabımın nə olduğunu bilməyəydim!

[69:27]

Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)

[69:28]

Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi).

[69:29]

Mülküm (səltənətim) də məhv olub getdi!

[69:30]

(Allah dərgahından belə bir nida gələcəkdir: ) “Onu tutub qandallayın!

[69:31]

Sonra da Cəhənnəmə atın!

[69:32]

Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!

[69:33]

Cünki o, böyük olan Allaha inanmırdı.

[69:34]

O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.

[69:35]

Bu gün bax burda onun yaxın bir dostu yoxdur.

[69:36]

İrindən başqa bir yeməyi də yoxdur.

[69:37]

Onu ancaq günahkarlar yeyər!

[69:38]

And içirəm gördüklərinizə,

[69:39]

Və görmədiklərinizə ki,

[69:40]

Bu (Qur’an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməəleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!

[69:41]

O, şair sözü deyildir! Nə az inanırsınız!

[69:42]

O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!

[69:43]

O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

[69:44]

Əgər o (Peyğəmbər) özündən bə‘zi sözlər uydurub Bizə isnad etsəydi,

[69:45]

Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!

[69:46]

Sonra onun şah damarını qopardardıq!

[69:47]

Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.

[69:48]

Şübhəsiz ki, bu (Qur’an) müttəqilərə bir öyüd-nəsihətdir.

[69:49]

(Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.

[69:50]

Şübhəsiz ki, bu (Qur’an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).

[69:51]

Doğrudan da, bu (Qur’an) gerçək bir həqiqətdir.

[69:52]

Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!