Quran translations in many languages

Azərbaycanlı Quran

Al-Humazah

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[104:1]

(Dalda) qeybət edib (üzdə) tə‘nə vuran hər kəsin vay halına!

[104:2]

O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).

[104:3]

Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.

[104:4]

Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!

[104:5]

Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!

[104:6]

O, Allahın yanar odudur.

[104:7]

Elə bir od ki, ürəkləri yandırıb-yaxar.

[104:8]

O, belələrinin (qeybətçilərin və tə‘nə vuranların) üzünə qapanıbkilidlənəcəkdir.

[104:9]

Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!