
Azərbaycanlı Quran
Al-Infitâr
Mərhəmətli, rəhmli Allahın adı ilə!
[82:1]
Göy parçalanacağı zaman;
[82:2]
Ulduzlar dağılıb səpələnəcəyi zaman;
[82:3]
Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;
[82:4]
Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman;
[82:5]
Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!
[82:6]
Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir?
[82:7]
O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.
[82:8]
Sənə ?zü istədiyi surətdə biçim verdi.
[82:9]
Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!
[82:10]
Sizin üstünüzdə gözətçi mələklər –
[82:11]
(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.
[82:12]
Onlar sizin nə etdiklərinizi bilirlər.
[82:13]
Həqiqətən, yaxşı əməl və itaət sahibləri (mö’minlər) Cənnətdəqərar tutacaqlar.
[82:14]
Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar.
[82:15]
Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar.
[82:16]
Onlar əsla oradan çıxan deyillər!
[82:17]
(Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?!
[82:18]
Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir.Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir.Ondan xilas olmaq üçün yalnız bir yol vardır – Allaha səmimi-qəlbdən ibadət və itaət!)
[82:19]
O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!