Quran translations in many languages

Azərbaycanlı Quran

Al-Kâfirûn

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[109:1]

(Ya Peyğəmbər! Sənə – bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!

[109:2]

Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!

[109:3]

Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!

[109:4]

Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!

[109:5]

Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!

[109:6]

Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!