Quran translations in many languages

Azərbaycanlı Quran

Al-Layl

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[92:1]

And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;

[92:2]

And olsun işıqlanmaqda olan gündüzə;

[92:3]

And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,

[92:4]

Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə Cəhənnəm üçün çalışırsınız).

[92:5]

Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,

[92:6]

Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,

[92:7]

Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!

[92:8]

Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,

[92:9]

Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,

[92:10]

Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)

[92:11]

(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.

[92:12]

Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə hər kəsin öz işidir).

[92:13]

Axirət də Bizim, dünya da Bizimdir!

[92:14]

(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.

[92:15]

Ora ancaq azğın (kafir) daxil olar.

[92:16]

O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!

[92:17]

Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).

[92:18]

O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,

[92:19]

O şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).

[92:20]

O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.

[92:21]

And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı olacaqdır!