Quran translations in many languages

Azərbaycanlı Quran

Al-Masad

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[111:1]

Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!)

[111:2]

(Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı).

[111:3]

O, alovlu atəşə girəcəkdir.

[111:4]

Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin!

[111:5]

Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır!