Quran translations in many languages

Azərbaycanlı Quran

Al-Mursalât

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[77:1]

And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);

[77:2]

And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);

[77:3]

And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;

[77:4]

And olsun (haqla batili) ayıranlara;

[77:5]

And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-

[77:6]

(Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,

[77:7]

Sizə və‘d edilən (qiyamət) mütləq vaqe olacaqdır!

[77:8]

Ulduzlar sönəcəyi;

[77:9]

Göy yarılacağı;

[77:10]

Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);

[77:11]

Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,

[77:12]

(Belə soruşulacaqdır: ) “(Bunlara) hansı günə qədər möhlətverilmişdir?”

[77:13]

(Həmin suala cavab olaraq deyiləcəkdir: ) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!”

[77:14]

Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!

[77:15]

O gün vay halına (qiyaməti) yalan sayanların!

[77:16]

Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!

[77:17]

Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.

[77:18]

Biz günahkarlarla belə rəftar edirik.

[77:19]

O gün vay halına (qiyaməti) yalan sayanların!

[77:20]

Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!

[77:21]

Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,

[77:22]

əyyən bir vaxta qədər.

[77:23]

Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!

[77:24]

O gün vay halına (qiyaməti) yalan sayanların!

[77:25]

Məgər Biz yeri məskən etmədikmi

[77:26]

Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).

[77:27]

Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.

[77:28]

O gün vay halına (bu ne’mətləri) yalan sayanların!

[77:29]

(O gün kafirlərə belə deyiləcəkdir: ) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəəzabının) içinə!

[77:30]

Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!

[77:31]

O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.

[77:32]

O (hər biri) bir saray boyda qığılcımlar saçar.

[77:33]

O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.

[77:34]

O gün vay halına (qiyaməti) yalan sayanların!

[77:35]

Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.

[77:36]

Onlara üzr istəməyə izin də verilməz.

[77:37]

O gün vay halına (qiyaməti) yalan sayanların!

[77:38]

Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!

[77:39]

(Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!

[77:40]

O gün vay halına (qiyaməti) yalan sayanların!

[77:41]

Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,

[77:42]

İstədikləri meyvə içində olacaqlar!

[77:43]

(Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərəgörə nuşcanlıqla yeyin-için!

[77:44]

Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

[77:45]

O gün vay halına (qiyaməti) yalan sayanların!

[77:46]

(Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)

[77:47]

O gün vay halına (qiyaməti) yalan sayanların!

[77:48]

Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!

[77:49]

O gün vay halına (qiyaməti) yalan sayanların!

[77:50]

(Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!