Quran translations in many languages

Azərbaycanlı Quran

Al-Qamar

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[54:1]

O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö’cüzəsi ilə) parçalandı.

[54:2]

Əgər müşriklər (Muhəmməəleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö’cüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər.

[54:3]

Onlar (ayın parçalanmasını, digər mö’cüzələri və Peyğəmbəəleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinəuydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini vəMuhəmməəleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)

[54:4]

And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçəxəbərlər gəlmişdir.

[54:5]

(Bu Qur’an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!

[54:6]

Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəətli) bir şeyə (məərə) çağıracağı günədək!

[54:7]

Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

[54:8]

Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.

[54:9]

Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: “(Bu) divanədir!” – demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi.

[54:10]

(Nuh) Rəbbinə dua edib: “Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi.

[54:11]

Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq.

[54:12]

Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu.

[54:13]

Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş vəmismarlanmış gəmiyə mindirdik.

[54:14]

(Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi.

[54:15]

And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

[54:16]

Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

[54:17]

And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

[54:18]

Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

[54:19]

Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik.

[54:20]

O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı.

[54:21]

(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

[54:22]

And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

[54:23]

Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.

[54:24]

Onlar demişdilər: “Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!

[54:25]

Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”

[54:26]

(Biz Saleh peyğəmbərə təsəlli verib dedik: ) “Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər!

[54:27]

Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvəgöndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz!

[54:28]

Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün onlar, bir gün də dəvə içəcəkdir). Hərəöz növbəsində hazır olsun!”

[54:29]

Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi.

[54:30]

(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

[54:31]

Biz onlara bircə dəətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadəetdiyi quru ota (həşəmə) döndülər.

[54:32]

And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

[54:33]

Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.

[54:34]

Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik;

[54:35]

Dərgahımızdan bir lütf olaraq! Biz (ne’mətimizə) şükür edəni belə mükafatlandırırıq!

[54:36]

And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isəbu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.

[54:37]

Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və)“İndi əzabımı və təhdidlərimi dadın!” – (dedik).

[54:38]

And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular).

[54:39]

(Onlara: ) “İndi əzabımı və təhdidlərimi dadın!” (dedik).

[54:40]

And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

[54:41]

And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Fir’on əhlinə də gəlib çatmışdı.

[54:42]

Onlar ayələrimizin (mö’cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.

[54:43]

(Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!

[54:44]

Yoxsa onlar: “Biz (Muhəmməd və mö’minlərdən) intiqam ala biləcək bir zümrəyik!” – deyirlər?

[54:45]

(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!

[54:46]

Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir).

[54:47]

Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və(axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər).

[54:48]

O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara):“Duyun Cəhənnəmin (ələmini) təmasını!” (deyiləcəkdir).

[54:49]

Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.

[54:50]

Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: “Ol !” – deyərik, o da dərhal olar!)

[54:51]

And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

[54:52]

Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir!

[54:53]

Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!

[54:54]

Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında,

[54:55]

(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!