Azərbaycanlı Quran
Al-Qiyâmah
Mərhəmətli, rəhmli Allahın adı ilə!
[75:1]
And içirəm qiyamət gününə;
[75:2]
And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
[75:3]
Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
[75:4]
Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
[75:5]
Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
[75:6]
Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyəsoruşar.
[75:7]
Göz (heyrətdən) bərələcəyi;
[75:8]
Ay tutulacağı;
[75:9]
Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman –
[75:10]
Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.
[75:11]
Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
[75:12]
O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
[75:13]
O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!
[75:14]
Doğrusu, insan özü-özünə şahiddir!
[75:15]
O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!
[75:16]
(Ya Peyğəmbər! Cəbrail sənə Qur’an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur’anı təkrar etmə, yalnız dinlə!)
[75:17]
Cünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizəaiddir.
[75:18]
Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
[75:19]
Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!
[75:20]
Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.
[75:21]
Axirəti isə tərk edirsiniz.
[75:22]
O gün neçə-neçə üzlər sevinib güləcək,
[75:23]
?z Rəbbinə baxacaqdır!
[75:24]
O gün neçə-neçə üzlər tutulub qaralacaq,
[75:25]
(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!
[75:26]
Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,
[75:27]
(Onu bu bəladan) kim xilas edə bilər? – deyiləcəyi,
[75:28]
(Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,
[75:29]
Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,
[75:30]
Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!
[75:31]
Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur’anı) təsdiq etdi, nə dənamaz qıldı.
[75:32]
Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.
[75:33]
Sonra da özünü darta-darta ailəsinin yanına getdi.
[75:34]
Vay sənin halına, vay!
[75:35]
Yenə də vay sənin halına, vay!
[75:36]
Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
[75:37]
Məgər o tökülən bir qətrə nütfə deyildimi?!
[75:38]
Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi(insan şəklinə saldı).
[75:39]
Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.
[75:40]
Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!