Quran translations in many languages

Azərbaycanlı Quran

Al-Sharh

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[94:1]

(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsbedər, vəhy qəbul etməyə layiq olar!)

[94:2]

Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlikyükünü yüngülləşdirmədikmi?!)

[94:3]

(Elə bir yük ki) sənin belini bükürdü.

[94:4]

Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydəsəndən söhbət gedər; xütbələrdə adın çəkilər!)

[94:5]

Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)

[94:6]

Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görədə çətinliklərə səbirlə dözmək lazımdır!)

[94:7]

(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)

[94:8]

Və ancaq Rəbbinə yalvar! (Uzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl !)