Quran translations in many languages

Azərbaycanlı Quran

An-Naba’

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[78:1]

(Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar?

[78:2]

Böyük bir xəbər (qiyamət günü) haqqında!

[78:3]

Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.

[78:4]

Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!

[78:5]

Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!

[78:6]

Məgər Biz yeri döşək etmədikmi?!

[78:7]

Dağları da dirək?!

[78:8]

Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.

[78:9]

Yuxunuzu da istirahət etdik.

[78:10]

Biz gecəni (hər şeyi bürüyən) örtük etdik.

[78:11]

Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.

[78:12]

Ustünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.

[78:13]

Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.

[78:14]

(Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,

[78:15]

Onunla dən və bitki yetişdirək,

[78:16]

Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar.

[78:17]

Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!

[78:18]

Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məərə)gələcəksiniz.

[78:19]

(O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydəyarıqlar) açılacaqdır.

[78:20]

Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.

[78:21]

Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!

[78:22]

O, azğınların məskənidir.

[78:23]

Onlar orada sonsuz müddət qalacaqlar.

[78:24]

Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;

[78:25]

Qaynar sudan və irindən başqa!-

[78:26]

(Dünyadakı əmələrinə) uyğun cəza olaraq.

[78:27]

Cünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).

[78:28]

Ayələrimizi də elə hey təkzib edirdilər.

[78:29]

Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).

[78:30]

İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şeyartırmayacağıq!

[78:31]

Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),

[78:32]

Bağçalar və üzüm bağları,

[78:33]

Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdəvə məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.

[78:34]

(Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!

[78:35]

Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.

[78:36]

(Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması iləverilən bəxşişdir –

[78:37]

Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!

[78:38]

Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!

[78:39]

Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!

[78:40]

Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.