Quran translations in many languages

Azərbaycanlı Quran

An-Nâs

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[114:1]

(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;

[114:2]

İnsanların ixtiyar sahibinə;

[114:3]

İnsanların tanrısına;

[114:4]

Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-

[114:5]

O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,

[114:6]

(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]