Quran translations in many languages

Azərbaycanlı Quran

As-Saff

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[61:1]

Göylərdə və yerdə nə varsa, (hamısı, bütün məxluqat) Allahı təqdis edib şə‘ninə tə‘riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

[61:2]

Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Bə‘zi müsəlmanlar: “Hansı əməllərin Allaha daha xoş getdiyini bilsəydik, onları edər, malımızı və canımızı onların yolunda qoyardıq!” – deyirdilər. Lakin cihad əmri nazil olduqda bu, bir çöx mö’minlərin xoşuna gəlmədi).

[61:3]

Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbəsəbəb olar.

[61:4]

Şübhəsiz ki, Allah ?z yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!

[61:5]

(Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi:“Ey qövmüm! Mənim Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni incidirsiniz?” Onlar (haqdan) üz döndərdi. Allah (?zünə asi olan) fasiqləri doğru yola yönəltməz!

[61:6]

Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra (İsa, yaxud Muhəmməəleyhissəlam) onlara açıq-aşkar mö’cüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər.

[61:7]

İslama də‘vət olunduğu halda, Allaha qarşı yalan uydurandan (Onun peyğəmbərinə sehrbaz deyəndən) daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz!

[61:8]

Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.

[61:9]

Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün ?z Peyğəmbərini hidayət (Qur’an) və haqq dinlə göndərən Odur!

[61:10]

Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?

[61:11]

(O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

[61:12]

(Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük qurtuluşdur (uğurdur)!

[61:13]

(Sizi hələ) sevdiyiniz başqa bir şey (bir ne’mət) də – Allah dərgahından kömək və yaxın qələbə (Məkkənin fəthi) gözləyir.(Ya Peyğəmbər!) Mö’minlərə (dünyada zəfərlə, axirətdəCənnətlə) müjdə ver!

[61:14]

Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də:“Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik vəonlar qələbə çaldılar.