Quran translations in many languages

Azərbaycanlı Quran

At-Takwîr

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[81:1]

Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;

[81:2]

Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;

[81:3]

Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;

[81:4]

(Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;

[81:5]

Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerətoplanacağı zaman;

[81:6]

Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;

[81:7]

Ruhlar (bədənlərə) qovuşacağı zaman;

[81:8]

Diri-diri torpağa gömülən körpə qızdan:

[81:9]

Axı o hansı günaha görə öldürüldü?; soruşulacağı zaman;

[81:10]

Əməl dəftərləri açılacağı zaman;

[81:11]

Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;

[81:12]

Cəhənnəm alovlandırılacağı zaman;

[81:13]

Və Cənnət (mö’minlərə) yaxınlaşdırılacağı zaman;

[81:14]

Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!

[81:15]

And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;

[81:16]

(Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Utaridə);

[81:17]

Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdəolan gecəyə)

[81:18]

Və sökülməkdə olan dan yerinə ki,

[81:19]

Bu (Qur’an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.

[81:20]

(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).

[81:21]

(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e’tibarlı müvəkkildir.

[81:22]

(Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir!

[81:23]

And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdəgördü.

[81:24]

O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.

[81:25]

O (Qur’an) da məl’un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir.

[81:26]

Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz?

[81:27]

O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.

[81:28]

Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.

[81:29]

(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)