Quran translations in many languages

Azərbaycanlı Quran

At-Tîn

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[95:1]

And olsun əncirə və zeytuna;

[95:2]

And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;

[95:3]

And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,

[95:4]

Biz insanı ən gözəl biçimdə yaratdıq!

[95:5]

Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!

[95:6]

Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.

[95:7]

(Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!

[95:8]

Məgər Allah hakimlərin hakimi (əədalətli, ən üstün hakim) deyilmi?!