Quran translations in many languages

Azərbaycanlı Quran

Al-Burûj

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[85:1]

And olsun bürclər sahibi olan göyə;

[85:2]

And olsun və‘d olunmuş günə (qiyamət gününə);

[85:3]

And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə(peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfəgünlərinə) ki,

[85:4]

(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külədöndərən) xəndək sahibləri (lə‘nətə düçar olub) qətl edildilər.

[85:5]

O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.

[85:6]

O zaman onlar (xəndəklərin) kənarında oturub,

[85:7]

(?z əsgərlərinin) mö’minlərin başlarına gətirdiklərinə(müsibətlərə) tamaşa edirdilər.

[85:8]

Onlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə‘rifə) layiq olan Allaha iman gətirdiklərinə görəintiqam alırdılar.

[85:9]

O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!

[85:10]

Şübhəsiz ki, mö’min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəəzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.

[85:11]

İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!

[85:12]

Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!

[85:13]

Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!

[85:14]

(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.

[85:15]

Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!

[85:16]

O, istədiyini edəndir.

[85:17]

(Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-

[85:18]

Fir’on və Səmud (ordularının)?

[85:19]

Xeyr, kafir olanlar (səni və Qur’anı) elə hey təkzib etməkdədirlər.

[85:20]

Onların bütün ixtiyarı Allahın əlindədir!

[85:21]

Xeyr, o (şe’r deyil) şanlı-şərəfli Qur’andır!

[85:22]

O, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)